UEFA Çempionlar Liqasının final matçı Bakıda keçirilə bilər

  • 03 fev 2017, 18:30
AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

Virtualaz.org bildirir ki, bu barədə Assosasiyanın saytı məlumat yayıb.

Məlumata görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

Çempionlar Liqasının finalı üçün mübarizədə Bakının rəqibi Madridin "Estadio Metropolitano" stadionudur.

Avropa Liqasının həlledici matçının keçirilməsinə isə, Bakı Olimpiya stadionu ilə yanaşı, həmçinin Tiflis, Frankfurt, Ştutqart, Qlazqo, Sevilya və İstanbuldakı stadionlar da iddia edir,.

Qərar bu ilin sentyabrında qəbul ediləcək.

Məlum olduğu kimi, Bakı 2020-ci ildə Avropa çempionatı final mərhələsinin dörd matçını qəbul edəcək.
Oxşar xəbərlər