Millimizin yeni baş məşqçisi müəyyənləşir

  • 10 iyul 2020, 12:02
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Qol.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlər və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, hazırda əsas namizədlər italiyalı Canni De Byazi və irlandiyalı Roy Kindir. Bundan başqa, ötən ildən millimizdə məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Arif Əsədovun da adı çəkilir.
Oxşar xəbərlər