Millimizin yeni baş məşqçisi bəlli oldu

  • 29 fev 2020, 20:01
Futbol üzrə milli komandamızın yeni baş məşqçisi müəyyənləşib.
Demokratik.Az futbolpress-ə istinadən xəbər verir ki, yığmamızı Canni de Byazi çalışdıracaq. Artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidir.
Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdıran Cani de Byazi həmin zamandan işsizdir.
Oxşar xəbərlər