Demokratik TV
Xəbər lenti
Xorvatiyalı məşqçi: "Azərbaycan güclü futbol ölkəsidir"
- 23 may 2020, 22:53
"Azərbaycanda çox koronavirusa yoluxma olduğunu düşünmürəm, bəlkə də gün ərzində 130 yoluxma halı qeydə alınır. Çempionata nə vaxt başlayacağımızı bilmirik. Azərbaycan güclü futbol ölkəsidir, klublar Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edirlər".
"Report"un məlumatına görə, bu fikirləri "Sabah" komandasının məşqçisi Marko Lozo "Slobodnadalmacija" nəşrinə müsahibəsində deyib.
Baş məşqçi Jelko Sopiçin köməkçisi olan 32 yaşlı mütəxəssis ölkədəki karantin rejiminin bir az yumşaldığını bildirib. Xorvatiyalı məşqçi iyunun 1-dək məşqlərə başlaya bilməyəcəklərini diqqətə çatdırıb: "Məktəblər də açılmayacaq. Kafelər, restoranlar yalnız gün ərzində işləyir. Buna görə insanlar küçələrə çıxır. Ancaq hava limanı iyunun 1-dək bağlıdır".
Lozo "Zoom" proqramı vasitəsilə ilə futbolçuların məşqlərini izlədiklərini sözlərinə əlavə edib. Mütəxəssis oyunçuların qaçış və güc məşqləri etdiyini vurğulayıb: "Komanda "Qarabağ" və "Neftçi" kimi tanınmır. Jelko Sopiç buraya gəlmək fürsəti əldə etdi, məni də yanına göətirdi. Noyabr ayından etibarən 6 oyunda yaxşı çıxış etdik, amma iki ay ərzində hər şey kəskin şəkildə dayandırıldı".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. Jelko Sopiç və Marko Lozo 2019-ci ilin noyabrın 26-da "Sabah"ın baş məşqçisi təyin olunub.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Nikola Yurçeviç: “Razıyam, rəqib favoritdir”
“İnsanlar ölür, biz futbol oynayırıq, absurd durumdur"
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
Koronavirusa yoluxanların sürətlə artdığı ölkələrin SİYAHISI
"Neftçi"nin baş məşqçisi istefa verdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti