"Neftçi"nin baş məşqçisi istefa verdi

  • 06 mar 2016, 20:08
"Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.

Məşqçi bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Qəbələ” ilə matçdan sonra açıqlayıb.
 
Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis "Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridir” sualını cavabsız qoyub: "Bu barədə danışmaq istəmirəm”.
 
O, köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu"
 
Qeyd edək ki, "Qəbələ” ilə görüşdə hesabı "Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.

apasport.az
Oxşar xəbərlər