Klinsmann Ekvadorun baş məşqçisi olacaq

  • 17 okt 2019, 10:24

ABŞ millisinin sabiq baş məşqçisi Yurgen Klinsmann Ekvador yığmasına rəhbərlik edə bilər.

"Report"un məlumatına görə, bu barədə "El Universo" Ekvador Futbol Federasiyasına istinadən xəbər yayıb. Yazıda bildirilir: "Onlar artıq razılığa gəliblər və yeni baş məşqçi tapdıqlarını hazırda bu vəzifəni müvəqqəti icra edən Xorxe Selikoya da deyiblər".

Qeyd edək ki, Yurgen Klinsmann əvvəllər Almaniya yığması, "Bavariya" və ABŞ milli komandasının baş məşqçisi olub. 54 yaşlı mütəxəssis 2016-cı ilin noyabrından işsizdir. Ekvador isə Amerika Kubokunda 1 heç-heçə və 2 məğlubiyyətlə qrup sonuncusu olub.

Oxşar xəbərlər