Xəbər lenti
Bütün xəbərlər

Qələbə “Arsenal”ı 3-cü yerə yüksəldib

  • 02 apr 2019, 08:33

İngiltərə Premyer Liqasında XXXII tura yekun vurulub.

Turun son matçı Londonda keçirilib.

"Arsenal” öz meydanında "Nyukasl”ı qəbul edib. Hər hissədə bir qol vuran paytaxt futbolçuları meydandan üç xalla ayrılıblar.

Bu qələbə "topçular”a iki pillə irəliləmək imkanı yaradıb. "Mançester Yunayted”lə "Tottenhem”i arxada qoyan "Arsenal” 3-cü yeri ələ keçirib.

Qeyd edək ki, Premyer Liqada növbəti oyunlara sabah start veriləcək.

İngiltərə Premyer Liqası
XXXII tur
1 aprel
"Arsenal” – "Nyukasl” – 2:0
Remsi, 30, Lakazett, 83

Oxşar xəbərlər