“Qarabağ”ın rəqiblərindən qələbə

  • 17 sen 2017, 09:53

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibləri olan "Roma” və "Atletiko” ölkə çempionatlarında növbəti oyunlarına çıxıblar.

Qol.az-ın məlumatına görə, sentyabrın 27-də Bakıda "Qarabağ”la qarşılaşacaq "Roma” İtaliya A Seriyasının 4-cü turunda "Verona”nı qəbul edib və 3:0 hesablı qələbə qazanıb.


"Roma” – "Verona” – 3:0
Qollar: Nainqolan, 22, Dzeko, 34, 61

Ağdam təmsilçisinin digər rəqibi "Atletiko” isə İspaniya La Liqasının 4-cü turunda öz meydanında "Malaqa”dan üstün olub – 1:0.

"Atletiko” – "Malaqa” – 1:0
Qol: Qrizmann, 61

Qeyd edək ki, "Qarabağ”ın qrupdakı digər rəqibi "Çelsi” bu gün İngiltərə Premyer Liqasının 5-ci turunda "Arsenal”ı qəbul edəcək.

Oxşar xəbərlər