"Çelsi" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

  • 21 noy 2016, 11:46

Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Midlsbro" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Bu qələbə "zadəganlar”ın çempionat cədvəlində birinci pilləyə qalxmasına imkan verib.

Matçda yeganə qolu "londonlular”ın ispan hücumçusu Diyeqo Kosta (41-ci dəqiqə) vurub.

Hazırda "Çelsi"nin hesabında 12 oyuna 28 xal var. "Londonlular” çempionatın ardıcıl altıncı oyununda qələbə qazanıblar. "Midlsbro" 12 oyuna 11 xal ilə 15-ci mövqedə qərarlaşıb.

Növbəti turda "Çelsi" öz meydanında çempionat liderindən 4 xal geri qalan "Tottenhem"i qəbul edəcək.

Oxşar xəbərlər