Klub prezidentini tənqid etdi, qovuldu

  • 17 dek 2018, 08:08
Türkiyənin "Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb. 
Baş məşqıçının istefaya göndərilməsinə səbəb 16-cı turda keçirilən "Sivassspor” - "Ankaragücü” matçından sonra Kartalın   klub rəhbərliyini tənqid etməsi olub.  İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda  klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib. Qeyd edək ki, "Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər