Xəbər lenti
Bütün xəbərlər

"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb

  • 21 iyul 2018, 18:55

Türkiyənin "Beşiktaş" klubu qapıçsı Fabriso Ramires (Fabri) ilə yollarını ayırıb.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı qapıçını İngiltərənin "Fulhem" klubuna satıb. İngiltərə klubu ispaniyalı qolkiper üçün "Beşiktaş"a 7 milyon avro ödəyəcək.

Qeyd edək ki, Fabri 2016-cı ildən "Beşiktaş"da çıxış edir. Komanda onu azad agent kimi heyətinə qatmışdı.

Oxşar xəbərlər