"Beşiktaş"ın əfsanəsini polis axtarır

  • 10 sen 2016, 15:16

"Beşiktaş"ın sabiq futbolçusu Paskal Numa axtarışa verilib. "Qafqazinfo" xəbər verir ki, veteren oyunçu son 8 ildə Türkiyəyə 12 milyard türk lirəsi dəyərində ziyan vuran mərc şirkətinin tanıtıım reklamında çəkilib.

Buna görə də, polis onu "qanunsuzluğu və günahkarı təbliğ etmə" maddəsi ilə axtarır. Bundan başqa, qanunsuz mərc şirkətinin Türkiyə rəhbərləri Veysəl Şahin, Halil Faylalı yoxa çıxıblar.

Məsələ burasındadır ki, mərkəzi İngiltərədə yerləşən mərc şirkətinin saytına Türkiyədən giriş qadağan olunub. Buna baxmayaraq, 2,5 milyon türkiyəli sözügedən mərc şirkəti ilə qumar oynayıb. İş burasındadır ki, şirkət müştəri cəlb etmək üçün qumarın oynama yaş həddinin 14-ə endiyini açıqlayıb. Bu isə cinayət sayılır.