Demba Ba “Beşiktaş”a qayıdır

  • 24 yan 2017, 20:05
"Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi sabiq futbolçusu Demba Banı geri qaytarır.

Çinin "Şanxay Şenxua” klubunun futbolçusu yaxın günlərdə İstanbula gedərək tibbi müayinədən keçəcək. "Beşiktaş”ın seneqallı hücumçunu mövsümün sonuna qədər icarəyə götürəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildə "Çelsi”dən transfer olunan 31 yalı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, "qara qartallar"ın heyətində 44 oyuna 27 qol vurub.
 
Demokratik.Az
Oxşar xəbərlər