Medvedyev Fransanı hədələdi

  • 02 mart 2022, 09:50
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransanı hədələyib.
Rusiya rəsmisi Tvitter-də aşağıdakı paylaşımı edib.
“Bu gün Fransanın hansısa naziri Rusiyaya iqtisadi müharibə elan etdiklərini deyib. Dediklərinizə fikir verin, cənablar! Unutmayın ki, bəşər tarixində iqtisadi müharibələr çox vaxt həqiqi müharibəyə çevrilib”, – Medvedyev bildirib.
Qeyd edək ki, Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer Rusiyaya qarşı qlobal miqyasda iqtisadi və maliyyə müharibəsi aparmağa hazır olduqlarını bildirmişdi.
Oxşar xəbərlər