Latviya vətəndaşlarına Ukraynada döyüşməyə icazə verdi

  • 28 fev 2022, 12:30
Latviya Seymi (parlamenti) bazar ertəsi növbədənkənar iclasında təcili olaraq milli təhlükəsizlik haqqında qanuna respublika sakinlərinə Ukrayna tərəfində könüllü olaraq döyüşməyə icazə verən dəyişiklikləri təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə yerli LETA agentliyi məlumat yayıb. Qanuna düzəlişlər fevralın 27-də axşam saatlarında Seymin Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması üzrə komissiyası tərəfindən konseptual olaraq təsdiqlənib.

Dəyişikliklərə əsasən, Ukraynada xidmətə başlayanlardan dərhal milli silahlı qüvvələrin ehtiyatının qeydiyyat bölməsində qeydiyyatdan keçmələri tələb olunacaq.
Oxşar xəbərlər