Xocalını Çingizdən əvvəl çəkmiş hərbi reportyordan ŞOK açıqlama
Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)
Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi
operatoru sayılır. ErmənilərinXocalıda törətdikləri soyqırımı ilk olaraq məhz o, kameranın
yaddaşına həkk edib. S.Mövsümlü AzVision.az-a
müsahibəsində Xocalı həqiqətlərinin
qaranlıqda qalan məqamlarından danışır:
- Həmin vaxt Xocalıda
işləyirdim. Yaralı zabit idim. Hospitaldan çıxandan sonra mərhum general Zaur
Rzayev mənə dedi ki, operator olub, əsgər və zabitləri çəkməlisən. Gələcək nəsil
Azərbaycan uğurunda vuruşan igidləri tanımalıdır. Beləliklə, 1992-ci ilin
fevarl ayında Azərbaycan Respublikasının ilk hərbi reportyoru olmağımla bağlı əmr
verildi.
Ayın 26-sı, səhər tezdən işə gələndə kapitan Mirsaleh Axundovun ağladığını
gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət
yaşanır, soyqırımı olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət
televiziyası və radiosu idi. O vaxtkı rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat
xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, guya Xocalıda iki nəfər
şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı.
Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş
üçün kamera istədim, amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili
Etibar Məmmədovun "Sony” markalı kiçik kamerası var. Onlara gedib, kameranı istədim.
Sağ olsun, kameranı verib dedi ki, get, millətimizin dərdini çək, bu, lazımdır.
Fevralın 26-da mən helikopterlə Ağdama gəldim.
Fevralın 26-sı, saat 12-nin yarısı idi. Xocalıdan qaçan
soydaşlarımız Ağdammehmanxanasının
qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər, qulaqları,
burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın
Milli Qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqrımı faktı təcili
çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdamın sərhədində
yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik.
Həmin vaxt orada olan maşından bir nəfər düşdü. Sonradan məlum oldu ki, o, Əsgəran
batalyonunun komandiri Vitalik Baqdasaryandır. Hiss elədim ki, o, Allahverdidən
qorxurdu. Allahverdi ilə onun arasında uzun söhbət oldu. Vitalik dedi ki,
Allahverdi, yuxarıdan icazə vermirlər. Allahverdi dedi ki, bu soyqırımı ermənilər törədib.
Vitalik isə cavab verdi ki, biz yox, Xankəndinə yerləşən 366-cı rus alayı edib:
"Alay irəlidə gedirdi. Tanklarla camaatı qırırdılar. Biz - ermənilər ölməyən,
yaralı azərbaycanlıları öldürmüşük”.
Hazırda həmin Vitalik sağdır və Ermənistanın
Müdafiə Nazirliyində çalışır, general-mayor rütbəsi var. O, açıq şəkildə mənə
etiraf edib ki, rusların əlindən sağ çıxmış azərbaycanlılara ermənilər divan
tutublar.
...Səhv etmirəmsə, Vitalik Koçaryanla danışdı və icazə ala bildi. Vitalikin
olduğu ermənimaşınına
mindim. Allahverdi Bağırovun olduğu maşın isə orada qaldı. Ermənilər əllərində
olan avtomatın qundağı ilə arxadan kürəyimə vurub, deyirdilər ki, siz türkələrin
hamınızı qıracağıq, Bakıya qədər gələcəyik. Mən də Ulu Tanırıdan özümə səbr diləyidim
ki, bu faciəni çəkim, Azərbaycan xalqına qarşı törədilən soyqırımı dünyaya
yayım.
Əsgəran qalasının ətrafında körpü var. Ora gəlib çatdıq. Həmin körpünün
altında ermənilər
bizim 30-a yaxın soydaşımızın başını kəsib, payalara keçirib, yola düzmüşdülər.
Nəhayət, mən onları çəkməyə başladım. İki daşnak döyüşçüsü mənə nəzarət edirdi.
Orada dəhşətli vəziyyətdə olan meyitlər vardı. Başlarının, üzlərinin dərisini
soymuşdular.
- Həmin vaxt ora sizdən başqa başqa jurnalist gəlmişdi?
- Xeyr. Rəhmətlik Çingiz Mustafayev bir dəstə jurnalist-operatorla birlikdə
fevralın 28-də günortadan sonra ədliyyə naziri Əfrasiyab Orucova məxsus
helikopterlə ora gəlmişdilər.
- Yəni sizdən sonra?
- Bəli. Mən fevralın 26-dan orda idim. Amma onlar məndən iki gün sonra, yəni
fevralın 28-də günorta 1-2 radələrində gəldilər. Çingizlə yanaşı, xarici
reportyorlar da gəlmişdilər. Sonradan yayılan xəbərlərdə eşitdim ki, Çingiz də
daxil olmaqla, bəziləri deyirlər ki, guya onlar gəlib 2-ci dəfə çəkiliş
aparanda görüblər ki, eyni meyitlərin dərisi soyulub, guya ki, bunları Azərbaycan
döyüşçüləri ediblər. Yalandır!!! Mən bir hərbi reportyor kimi bütün bunları öz
gözümlə görmüşəm.
Əvvəla, həmin qurupdakılar çox kiçik bir ərazini - Şellinin üst tərəfini çəkmişdilər.
Onlar orada çəkiliş aparan zaman helikopterləri atəşə tutulub. Sonradan bir
helikopter də gəlib, onları və bizim soydaşlarımızın meyitlərini ərazidən
aparıb. O vaxta qədər artıq meyitlərin üzərində vəhşilik törədilmişdi.
Mən 26 fevralda orada işgəncəyə məruz qalmış cəsədləri görmüşdüm. Orada vuruşanSuriya mənşəli ermənilərin qəribə
bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib
çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub, evdə xatirə kimi
saxlayırdılar ki, bunlar azərbaycanlılar, türklərdir. Orada 10-a yaxın qadının
ayaqlarından trosla bağlayıb, BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün
bunlarıermənilər
törətmişdilər.
- Sevinc Osmanqızının paylaşdığı Çingiz Mustafayevin kadrlarını necə izah edərdiniz?
- 10-15 il bundan öncə Mirşahin məni Xocalı ilə
bağlı "Ən yeni tarix” adlı verilişinə dəvət etmişdi. Verilişdə mənə sual verdilər
ki, Xocalıya
çəkilişə birinci kim gedib? Mən bu sualı elə sualla da qarşıladım. Dedim ki, əgər
ora onlarla jurnalistimiz getsəydi, daha çox təsvirlərimiz, geniş məlumatımız
olardı və dünya mətbuatına daha çox informasiya ötürərdik. Elədir, yaxud elə
deyil? O da boynuna aldı ki, elədir. Məndə həmin verilişin videokaseti də var.
Dedim ki, biz Azərbaycan xalqını təmsil edirik, ora reklam, şou xətrinə getməmişik.
Biz idmançı deyilik ki, finiş xəttinə kimin tez çatdığını müəyyən edək. Hərə öz
vəzifəsində vicdanla dövlətinə, xalqına xidmət etməli idi.
Allah məni bağışlasın, onların dediklərindən elə çıxırdı ki, guya azərbaycanlılar
öz millətini qırıb, o günə salıblar. Sevincin atasını da ermənilər
helikopter qəzasında qətlə yetiriblər. Mənim həmkarlarım Alı Mustafayev, Fəxrəddin
Şahbazov və başqaları şəhid oldu. Mən də Sevinc xanımın fikirlərini internetdən
oxumuşam. Bilmirəm, onda Azərbaycan qanı varmı? O, Azərbaycan xalqına, millətinə
mənsubdur, ya deyil?! Mən canlı şahidəm! Onlar özlərinə qayıtmalı, bu soyqırım
barədə düzgün məlumat verməlidirlər. Ayıb olsun Sevinc xanıma!
- Kimlər idi özlərini reklam edənlər? Çingiz Mustafayevin hərəkətlərində də
özünüreklam cəhdləri var idi?
- Var idi. Onun qardaşlarının əməllərində də özünüreklam var idi. Çingiz Azərbaycanın
Milli Qəhrəmanıdır. Artıq həyatda yoxdur. Onun arxasınca danışmaq həm ehtiyatda
olan bir zabit kimi, həm də yaşıma görə mənə yaraşmaz. Amma onun qardaşları
Çingizin adından çox istifadə etdilər. Azərbaycan xalqının qətlində,
soyqrımında kimsə özünü yuxarıdan aparmamalıdır. Qoy, Azərbaycan xalqı ona qiyməti
özü versin. Yalançı səhnələr, şoular, reklamlar heç kəsə hörmət gətirməz. Nə
Mirşahinə, nə də Vahid Naxışa! Millətin qanı, soyqrımı üzərində kimsə deməməlidir
ki, bunu birinci mən çəkdim, birinci ora mən getmişəm... Özünü azərbaycanlı
sayan hər bir kişi, qadın, jurnalist, operator bu məsələdə düz danışmalıdır!
İki il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım "Xocalıya
Ədalət” kampaniyası çərçivəsində xaricilərlə birlikdə "Sonsuz dəhliz” adlı film
çəkirdilər. Məni də ora dəvət etdilər. Leyla xanım Xocalıda çəkdiyim
kasetə baxdı və soruşdu ki, niyə indiyə qədər bunları heç yerdə göstərməmisiniz?
Dedim ki, mənə müraciət edən hər kəsə, bütün televiziya kanallarına bu videonu
təqdim etmişəm. Orada xarici bir jurnalist mənə sual verdi ki, nəyə görə o
soyqrımı çəkmək üçün sizə icazə verdilər? Cavab verdim ki, ermənilər o vaxt fərqinə
varmırdılar, Azərbaycan xalqını şoka salmaq istəyirdilər ki, baxın, biz sizi
belə edəcəyik. Sonradan isə həmin təsvirlər ermənilərin əleyhinə
oldu, onların cinayətini üzə çıxadı.
- Xocalı camaatı
o vaxtkı prezident Ayaz Mütəllibovdan nə tələb edirdi?
- Həmin vaxt Ağdama, Xocalıya bir dənə də
olsun, dövlət komissiyası gəlməmişdi. Xocalıüçün köməkçi
bölmələr göndərməli idilər. Ayaz Mütəllibov şəxsən özü ora getməli idi. Lakin
onun təkidilə mətbuat xidməti Dövlət Televiziyasını məcbur elədi, desinlər
ki, Xocalıda
iki nəfər şəhid olub. Bu yalan məlumat isə bütün dünya mətbuatına yayıldı. Amma
həqiqət elə deyildi. Bunun qarşısında Mütəllibov heç Azərbaycan xalqından üzr də
istəmədi. Sonra ara qarşıdı və o, Moskvaya qaçıdı.
Hafiz Əhmədov
Foto-Video Elvin Abdulla
Montaj: Bəxtiyar Məmmədov
AzVision.az
