"Putinin yükü çoxdur, işini bölək" - Jirinovskidən təklif

  • 29 dek 2019, 10:52

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Rusiyada vitse-prezident vəzifəsinin yaradılması təklifiylə çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə Jirinovski Teleqram səhifəsində yazıb. O, bu addımın dövlət başçısının yükünü azaldacağını bildirib.

"Bu gün dövlət başçısının çiyinlərində böyük məsuliyyət yükü var, halbuki idarəetmə funksiyası prezidentlə müavinləri və baş nazirlər arasında bölünə bilərdi”, - o deyib.

Qeyd edək ki, bundan öncə Jirinovski Rusiya liderinin səlahiyyətlərini 6 ildən 5 ilə endirməyi tələb edib.

Oxşar xəbərlər