Jirinovski şərq mətbəxtindən şikayətləndi

  • 13 okt 2019, 11:38

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Rusiyada Şərq üslubunda yemək təqdim edən restoranların çoxluğundan və ənənəvi rus yeməklərinin qıtlığından şikayətlənib.

Bu barədə Jirinovski Teleqram hesabında qeyd edib.

"Şəhərlərimizin küçələrində, hər yerdə "Çayxana" yazılarını görürük. Rus samovarları, "Baranka" simitləri, pelmeni (rus mantısı), şorbalar harada?" - Jirinovski bildirib.

Şərq mətbəxində olan yeməklərin çox ləzzətli olduğunu qəbul edən Jirinovski rus mətbəxi məsələsinində bəzi problemlər yaşandığını da qeyd edib:

"Lağman (Orta Şərqdə hazırlanan ətli və əriştəli yemək) və çiybörək həqiqətən ləzzətlidir. Lakin vətəndaşlarımız rus mətbəxindən harada həzz ala bilər?"

Oxşar xəbərlər