Xəbər lenti
Bütün xəbərlər

"Fransa Ərəbistana çevriləcək" - Vladimir Jirinovski

  • 14 noy 2015, 20:00
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib ki, Fransa tez bir zamanda ərəb ölkəsinə çevriləcək.

Jirinovski bununla Parisdəki terror aktlarına reaksiyasını bildirib:

”Fransa perspektivdə yeni Ərəbistan olacaq. Biz yavaş-yavaş Fransa ilə vidalaşmalıyıq, ona görə ki, qaçqınları qəbul etmək məcburiyyətində qalacaq”.

RLDP liderinin sözlərinə görə, köklü fransızların ərəblərin axınından xilas olmaq şansları var:

"Biz fransızların Rusiyaya evaukasiyasına kömək edə bilərik. Köklü fransızları biz çağıra bilərik, ona görə ki, Fransa məhv olacaq, o, özünü qoruya bilməyəcək. Fransalılar müqavimət bacarığında deyillər, ilk təhlükə zamanı qaçacaqlar. Ərəblər isə əksinə, qəzəbləndirənlərdir”.

Parisdəki terror aktlarının qurbanlarının sayı 128 nəfərdir. Fransada fövqəladə vəziyyət elan edilib, təhlükəsizliyin təmin edilməsi üçün 1,5 min hərbçi cəlb olunub.
Oxşar xəbərlər