Jirinovski Saakaşvilini "Ukraynanın yeni Stalini" adlandırdı

  • 01 iyun 2015, 21:16
2018-ci ildə Mixail Saakaşvili Ukrayna prezidenti postuna namizədliyini irəli sürə bilər.

Bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Qovorit Moskva" radiostansiyasına açıqlama verib.

"Bu bir növ tramplin rolunu oynayır. Əvvəlcə böyük Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edildi, sonra isə Ukrayna prezidenti üçün namizədliyini verəcək. Bu mümkün variantdır. Ukrayna üçün yeni Stalin olacaq. Çünki qan eyni qandır. Gürcü qanı", - deyə Jirinovski bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.