Özbəkistan Prezidenti Ədoğanla görüşə gəlir

  • 24 okt 2017, 08:15

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyəyə rəsmi səfərə gələcək.

25-27 oktyabr tarixlərində baş tutacaq səfər zamanı təkbətək və heyətlərarası görüşlər keçiriləcək.

Tərəflərin ikili əlaqələri, regionda və dünyada baş verən siyasi prosesləri müzakirə edəcəyi gözlənilir.

İmzalanma mərasimindən sonra ölkə liderlərinin şam yeməyində bir araya gələcəyi bildirilib.

Qeyd edək ki, bu, 20 illik fasilədən sonra dövlət başçısı səviyyəsində Özbəkistandan Türkiyəyə həyata keçirilən səfər olacaq.

Demokratik.Az

Oxşar xəbərlər