ABŞ Fətullah Gülənlə bağlı Türkiyəyə heyət göndərir

  • 06 avq 2016, 20:17
Türkiyə FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı Amerika Birləşmiş Ştatları ilə yeni danışıqlara başlayacaq.

"Anadolu” agentliyinin verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyi gələn həftə bu mövzuda danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərməyə qərar verib.

Eyni zamanda Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ABŞ-a səfər edəcəyi gözlənilir. 

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş verən hərbi çevriliş cəhdindən sonra Ankara ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edib.

APA
Oxşar xəbərlər