Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Nazarbayev təcili Özbəkistana gedir- o G20 sammitini təxirə salıb
Nazarbayev təcili Özbəkistana gedir- o G20 sammitini təxirə salıb
- 02 sen 2016, 13:48
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistana təcili səfər etməyə hazırlaşır.
Reuters agentliyi xəbər verir ki, Nazarbayev bu səfər üçün G20-nin dövlət başçılarının Çində keçiriləcək sammitində iştirakdan imtina edəcək.
Məlumata görə, Nazarbayev Daşkəndə sentyabrın 3-də gedəcək. Agentlik bildirir ki, Qazaxıstan prezidentinin Daşkəndə təcili səfəri Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlıdır.
Xatırladaq ki, sentyabrın 2-də əvvəlcə Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında ölkə başçısının vəziyyətinin kəskin pisləşməsi barədə məlumat yerləşdirilib.
Bir az sonra isə Özbəkistan liderinin ölüm xəbəri yayılıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti