NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

  • 06 sen 2016, 19:40
NATO-nun baş katibi Yans Stoltenberq sentyabrın 8-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

"Report" "Haberler"ə istinadən xəbər verir ki, iki günlük səfəri çərçivəsində baş katib Türkiyə rəsmiləri ilə görüşlər keçiriəcək.

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində başlatdığı "Fırat kalkanı" aniterror əməliyyatı fonunda bu səfərin əhəmiyyətli olduğu bildirilir. NATO Baltikyanı ölkələrdəki hərbi gücünün bir hissəsini Türkiyəyə göndərməyə hazırlaşır. Həmin hərbçilərin Türkiyənin Suriya ilə sərhədinə göndəriləcəyi gözlənilir. Bundan başqa terorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə edilən Yüksək Hərəkət Qabiliyyətli artilleriya sistemini (HIMARS) ABŞ Türkiyəyə göndərib. ABŞ-ın həmin toplardan istifadə edəcək 50 hərbçisi də artıq Türkiyədədir.
Ona görə də Y.Stoltenberqin Türkiyədə keçirəcəyi görüşlərdə İŞİD və terrorçuluğa qarşı mübarizənin əsas mçüzakirə mövzusu olacağı istisna edilmir.
 
Demokratik.Az
Oxşar xəbərlər