Almanlar Merkeli seçdi, Şults məğlub oldu

  • 15 may 2017, 08:02

Almaniyanın ən böyük əyaləti sayılan Şimali Reyn-Vestfaliyada keçirilən seçkilərdə kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat Birliyi (XDB) Partiyası 34.3 faiz səslə qalib olub.

Axar.az xəbər verir ki, Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası (SDP) isə 30.6 faizlə ikinci yerdə qərarlaşıb.

2010-cu ildən bəri sözügedən əyalətin baş naziri vəzifəsində olan SDP üzvü Hannelor Kraft istefa verib.

12 faiz səs qazanan Azad Demokratlar Partiyası (ADP) isə 3-cü olub.

Sağ təmayüllü radikal Almaniya üçün Alternatif Partiyası isə 7.5 səslə ilk dəfə parlamentdə təmsil olunmağı bacarıb.

Qeyd edək ki, 18 milyon əhalisi olan Şimali Reyn-Vestfaliya əyalətində keçirilən seçkilərdə iştirak faizi 65.5 olub.

 

Demokratik.Az

Oxşar xəbərlər