Xəbər lenti
Bütün xəbərlər

Ərdoğanla toqquşan baş nazir qələbə çaldı

  • 16 mar 2017, 11:18

Hollandiyada keçirilən parlament seçkisinin ilkin nəticələri məlum olub.

Axar.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq Partiyası öndədir. Sözügedən partiya artıq 150 yerlik parlamentdə 31 mandat qazanıb.

Gert Vildersin rəhbəri olduğu radikal sağçı Azadlıq Partiyası isə 19 mandatı keçə bilməyib.

İlkin nəticələrdə böyük məyusluq yaşayan Vilders "Seçicilərimə təşəkkür edirəm. 19 mandat qazandıq. Baş nazir Rutte hələ mənim son addımımı görməyib”, - deyib.

Qeyd edək ki, Hollandiya Türkiyə hökumətinin referendumla bağlı keçirəcəyi kampaniyalara icazə vermədiyi üçün bu ölkələr və hökumətləri arasında gərginlik yaşanır.

Demokratik.Az

Oxşar xəbərlər