Demokratik TV
Siyasi partiyaların seçki bəyanatları
Noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçirildi. Bu seçkidə iştirak etməyənlər və ya iştirak edib rəsmi nəticələrə görə məğlub olanlar demək olar ki, eyni mövqedən çıxış edirlər.
Müsavat Partiyası seçkiyə bir neçə gün qalmış qanunverici orqana keçirilən seçkilərdən imtina etdiyini açıqladı. Parlament seçkilərindən sonra isə Müsavat başqanı Arif Hacılı seçkilərin ədalətli keçmədiyini bəyan etdi. Müsavat seçkinin nəticələrini tanımaq istəmir və 4 ay ərzində yeni seçki keçirməyi tələb edir:
"Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı hesab edir ki, Milli Məclisə demokratik , azad və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericilik bazasının olmadığı, azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu təbliğat imkanları prinsipinin təmin edilmədiyi şəraitdə keçirilib”.
"Azadlıq-2015” blokuna daxil olan Klassik Xalq Cəbhəsi Partiyası da seçkilərin yenidən keçirilməsini tələb edən bəyanatla çıxış edib. Partiya bu qənaətdədir ki, ölkədə seçki prosesində kütləvi qanun pozuntuları olub.
Eyni bloka daxil olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn diqqəti namizədi olduğu 63 saylı Sabirabad Birinci Seçki Dairəsi üzərində cəmləşdirib. Onun fikrincə, bu dairədə seçkinin nəticələri saxtalaşdırılıb.
Müxalifətin radikal qanadı Milli Şura və AXCP də seçkilərin saxtalaşdırıldığını düşünür.
Seçkidə iştirak etməyən Azərbaycan Demokrat Partiyası (ADP) seçki mühiti üçün rəqabət olmadığını qeyd edib. Bildirilib ki, Milli Məclisə keçirilən bu dəfəki seçkilər qeyri-şəffaf, ədalətsiz olub.
Ana Vətən Partiyası isə seçkilərin standartlara uyğun, demokratik, şəffaf, azad, ədalətli keçirildiyi qənaətindədir.
Demokratik İslahatlar Partiyası da vurğulayıb ki, bu seçkilərdə heç bir hüquqazidd əməllər aşkarlanmayıb.
"Seçkilər Azərbaycan Respublikası Konstitusiyası və seçki qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib. Seçkilərdə seçicilərin və namizədlərin iradəsinə təzyiq göstərmə halları qeydə alınmayıb",-deyə bəyanat yayıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə namizədi olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadəyə məğlub olmasını seçki saxtakarlığı ilə əlaqələndirir.
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Ədalət Partiyasının sədri İlyas İsmayılov deputatlığa namizəd Ülviyyə Ağayevaya uduzub. İlyas İsmayılov sözügedən dairədə seçki nəticələrinin saxtalaşdırıldığını düşünür.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə parlament seçkilərinin açıq, şəfaf, azad, ədalətli keçirildiyini bildirib. YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahr Muradova bu barədə açıqlama verib.