Ərdoğan təkbaşına iqtidar oldu - YENİLƏNİB

  • 01 noy 2015, 23:44

 

Türkiyədə bu gün keçirilmiş təkrar parlament seçkilərinin nəticələri tədricən məlum olur.

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, 16 siyasi partiyanın iştirak etdiyi seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) hələ ki irəlidə gedir.

İlkin məlumatlara görə, seçki qutularının 80 faizi açılıb. AKP-nin topladığı səslər 50,7 faizi keçib. Bu isə o deməkdir ki, AKP iqtuidarı bu dəfə təkbaşına hökumət qura biləcək. 

Hələlik CHP 23 faiz, MHP 11,55 faiz, HDP 10,46 faiz səs toplayıb.  Səslərin hesablanması davam etdirilir. Bu üzdən də səslərin artıb və ya azalması gözlənilir.

Türkiyə qanunvericiliyinə görə, səsvermə yekununda ümumi səslərin 10%-lik həddini aşa bilən partiyalar Böyük Millət Məclisində təmsil olunmaq şansı qazanır. 

****

Türkiyədə keçirilən təkrar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) növbəti qələbəsini qazandığından təkbaşına hökumət formalaşdıracaq.

Modern.az 
saytı xəbər verir ki, artıq səslərin 99,5%-i hesablanıb və məlum olub ki, AKP-nin 49,4% səs toplayıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) 25,4%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,5% səs alıb. 
Bu nəticə ilə AKP parlamentdə 316 millət vəkili yeri alıb. Hökumət formalaşdırmaq üçün isə ən azı 276 yer tələb olunurdu. 

İndiki nəticələrə görə, CHP 134 deputat yeri qazanıb, MHP 41, HDP isə 59 yerə sahiblənib. 
Oxşar xəbərlər