Dövlət Baxçalı MHP sədrliyindən istefa verdi

  • 01 noy 2015, 23:18

 

Türkiyədə təkrar parlament seçkilərinin nəticələri açıqlanınca müxalifətin əsas iddialı partialarından biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) ciddi məğlubiyyətə uğradığı ortaya çıxdı.

Demokratik.Az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyasının ciddi məğlubiyyətə uğradığını nəzərə alan MHP sədri Dövlət Baxçalı vəzifəsindən istefa verib.

Son məlumatlara görə, AKP-nin 49,4% səs toplayıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,4%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,5% səs alıb. 
Bu nəticə ilə AKP parlamentdə 316 millət vəkili yeri alıb. CHP 134 deputat yeri qazanıb, MHP 41, HDP isə 59 yerə sahiblənib.

Oxşar xəbərlər