Hulusi Akar: “Onların şansı yoxdur...”

  • 18 dek 2016, 21:58
Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Kayseri terrorunda yaralanan hərbçilərə baş çəkib.
Axar.az xəbər verir ki, mətbuata qapalı keçən ziyarətdən sonra general yaralı hərbçilərin ailələri ilə görüşüb.
"Son terrorçu qalana qədər mübarizəmiz davam edəcək. Əhvalımız yüksəkdir və onların uğur qazanmaq şansları belə yoxdur. Bölgədə həbçilərimizlə bacarmayacaqlarını görüb bu alçaq hücumu törətdilər”, - Akar qeyd edib.
Xatırladaq ki, dünən Kayseri Ərciyəz Universitetinin qarşısında kamikadze hərbçiləri daşıyan avtobus yaxınlığında özünü partladıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 50-dən çox yaralı var.
Oxşar xəbərlər