Türkiyədə daha bir terror

  • 17 dek 2016, 10:44

Türkiyənin Kayseri şəhərində terror aktı baş verib.

Axar.az xəbər verir ki, Kayseri Ərciyəz Universitetinin qarşısında partlayış baş verib. Hadisə nəticəsində yaralıların olduğu deyilir. Bölgəyə xeyli təcili tibbi yardım briqadaları göndərilib.

Avtobusda həftə sonu istirahətinə çıxan mülki geyimli hərbçilər də olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum bir avtomobil avtobusa yaxınlaşdıqdan saniyələr sonra partlayış baş verib.

 

Oxşar xəbərlər