Brüsseldə yenə partlayış olub - FOTO

  • 22 mart 2016, 15:30
Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib. 
 
Hadisə metronun Malbek stansiyasında qeydə alınıb. Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir. Hazırda metrodakı insanlar evakuasiya edilir. 

Partlayış nəticəsində ən az 10 nəfər ölüb. 

Xatırladaq ki,  Brüsseldə Zaventem hava limanında bu gün ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

apa.az
Oxşar xəbərlər