Pakistanda kamikadze özünü partlatdı

  • 28 mart 2016, 18:38
Demokratik.Az bildirir ki,Pakistanın şərqində yerləşən Lahor şəhərində kamikadze özünü partladıb. Terror hadisəsi nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Bizimyol.info xəbər verir ki, 300-dən çox yaralı şəhər xəstəxanalarına yerləşdirilib. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır. Terror aktına görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan "Cəmaat ül Əhrar" qruplaşması öz üzərinə götürüb. Bomba mütəxəsislərinin fikrincə kamikadzenin üzərinə bağladığı partlayıcı maddə təxminən 8 kiloqram olub.  

Pakistanın baş naziri Navaz Şerif terror aktını qınayaraq, ölənlərin yaxınlarına başsağlığı verib.

Teymur
Bizimyol.info
Oxşar xəbərlər