Beynəlxalq Avtovağzalda Qiymətləri Kim Tənzimləyir? - FOTO - VİDEO

  • 04 okt 2019, 13:23

Bakı Beynəlxalq Avtovağzalın kassalarında korrupsiyalaşmış fəaliyyəti niyə araşdırılmır?

Azərbaycanda beynəlxalq sərnişindaşımanı Bakı Beynəlxalq Avtovağzal Kassası (BBAK) və onun filalları tərəfində həyata keçirilir. Beynəlxalq sərnişindaıma kassasının bilet satışı filalardan biri də Sabirabad rayonunda fəaliyyət göstərir.Ancaq maraqlıdır ki,sözügedən kassanın xəzindədarı İsa Əlioğlu biletləri maya dəyərindən 10-15 manat ucuz qiymətə satır.Əməkdaşımızın apardığı araşdırma nəticəsində bu "qəhrəman”nın sirri açılıb. Belə ki, Bakı- İstanbul- Ankaraya avtobusla bir nəfər üçün biletinin qiyməti 100 AZN olduğu halda, BBAK-ın Sabirabadakı sərnişindaşıma kassasının xəzinədarı tərəfindən 70 AZN-ə təklif olunur.

-Xəzindədar İsa Əlioğlu-

Təqdim etdiyimiz bu videoda kassanın xəzinədarı İsa Alioğlu bildirir ki, biletin komissiyon qiymətində 20 azn aşağı qiymətə sizi yola sala bilərəm.Mənə qalan "5” AZN-dir.

Ölkə daxilində bilet satışından 20% dövlət büdcəsinə köçürülməli olan vəsait avtobus sürücüləri ilə hər sərnişinin sayına görə xəzinədarlar tərəfindən bölünür. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə bu hal təkcə Sabirabad kassasında yox Gəncə - Qazax fillarında da höküm sürür. Nəticədə sözügedən kassa xəzinədarları magistiral yolların üzərində özlərinə "post” qoyaraq Türkiyə respubilkasına gedən firmanın avtobuslarını saxlayır və salonda əyləşən biletsiz sərnişinlərinin sayına görə "haqq”da alırlar. Xəzinədarlar dövlətin adından çirkli işlərlə məşğul olaraq dövlət büdcəssinə köçürülməni və vergidən yayınma faktları bir başa cinayət deyilmi?

Ümummiyyətlə, ölkə daxilində sərnişindaşımada qiymətlərin tarif şurası tərəfindən müəyyən edilməsi heç kimə sirr deyil. Əsasnaməyə görə bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirak edir. Sonda BBAK- in müdiri Cümüşüd Bağırov yəqin ki, Sabirabad – Gəncə – Qazax fillarında xəzinədarların özbaşınalıqları haqqında ciddi ölçü götürəcəkdir.

Görünən odur ki, yeni nazir Ramin Quluzadə keçmiş nazir Ziya Məmmədovun "atasına rəhmət” oxutdurur..

Mövzu ilə bağlı digər rayon və şəhərlərdə də araşdırmalarımız davam edəcək…

Müəllif: Ərşad İbrahimov

Demokratik.Az

Oxşar xəbərlər