Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir

  • 20 iyun 2019, 13:15
Odlar Yurdu Universitetində hər il olduğu kimi bu il də pedaqoji işçilərin biliyinin, professional bacarığının hansı səviyyədə olduğunu müəyyən etmək məqsədilə hər bir müəllimin növbəti tədris ilində tədris edəcəyi fənnin təqdimatı keçirilir.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi yeniliklərin təhsilə tətbiqi, müasir metodlardan istifadə etməklə müasir tələblərə uyğun tədris prosesini daha effektiv qurmaq məqsədilə nəzərdə tutulub.

Təqdimatda universitetin bütün professor-müəllim heyəti, həmçinin digər qonaqlar və ekspertlər iştirak edirdi. 

Bildirildi ki, müəllimlərin təkmilləşməsi təlimin keyfiyyətinə də müsbət təsir göstərəcək. Həmçinin vurğulandı ki, ilin sonunda hər kafedrada attestasiyadan müvəffəqiyyətlə keçmiş müəllim "İlin müəllimi” nominasiyasını qazanacaq.

Müzakirələr və təqdimatlar davam edir.

Arzu edənlər iştirak edə bilər.
Oxşar xəbərlər