“Odlar Yurdu” Gənclər İB 7 yaşında

  • 17 iyun 2019, 09:43

Bugün Gəncədə fəaliyyəy göstərən "Odlar Yurdu” Gənclər İctimai Birliyi 7 yaşını qeyd edir.

Bu barədə Demokratik.Az-a Birlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2012-ci ilin yanvar ayı ərzində keçirilən internet səsverməsinin nəticəsi olaraq Gəncə şəhəri Azərbaycanın ilk Gənclər Paytaxtı seçilib və həmin il Gəncə şəhərində böyük yerli və beynəlxalq layihələr icra olunub. Və "Odlar Yurdu” Gənclər İctimai Birliyi də Gəncə şəhərinin 2012-ci ilin "Gənclər paytaxtı” seçilməsini nəzərə alaraq 15 İyun 2012-ci ildə bir qrup gənc tərəfindən təsis olunub. Gənclər İB 13 İyul 2012-ci il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Birliyin gənclərinin yeganə ali amalı Azərbaycan gəncliyinin formalaşmasında öz töhvələrini vermək missiyasıdır.. Birliyinin vətənpərvərliyin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına, həmçinin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması kimi öncül məqsədləri var. Məhz bugün 15 İyun tarixində yaradılan və Gəncə gəncliyi üçün bir məktəb olan, hər zaman ilk layihələrin icraçısı Odlar Yurdu Gənclər İctimai Birliyi mehriban gelərüz komandası ilə özünün 7 yaşını qeyd edir. Bu münasibətlə bizlər də Gəncə gənclərini təbrik edir, İB-nin gənclik adına fəaliyyətlərində yeni-yeni uğurlar diləyirik. #OdlarYurdu #odlaryurdugib #oygib #genceimkanyaradir #odlaryurdubirmektebdir #7yasinmubarek #sevincimizsen #15iyun2012

Demokratik.Az

Oxşar xəbərlər