İrəvanda Qarabağ bəyanatı səsləndi

  • 15 okt 2016, 09:39
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstək ifadə ediblər.
 

 

Bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul edilən bəyanatda deyilir.
 

İclasın yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ermənistan prezidenti Serj Sərkisyan bildirib ki, sessiyada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub: "İclas iştirakçıları münaqişə zonasında vəziyyətin yenidən pisləşməsinə yol verməmək, vəziyyətin stabilləşməsi və sülh prosesin irəliləməsi üçün şəraitin yaradılmasının vacibliyinin qeyd olunduğu  Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstəklərini ifadə ediblər. Həmçinin ölkələr ATƏT-in Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq və norma prinsipləri, Helsinki Yekun aktı və BMT nizamnaməsində göstərilən güc tətbiq etməmə və ərazi bütövlüyü prinsipləri əsasında həlli istiqamətində  səylərini dəstəkləyiblər”.

 

Demokratik.Az

Oxşar xəbərlər