“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmürük”

  • 29 fev 2016, 20:26
"Avropa İttifaqı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”.
Bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
O "status-kvo”nun qəbuledilməz olduğunu deyib: "Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Aİ sülh danışıqların aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq kiŞ hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Aİ sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Bu sahədə xüsusi elçimiz olan Helbert Salberlə işə təkan verəcəyik. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”.

apa.az