Merkel: "Rusiya Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq"

  • 07 iyun 2016, 17:13
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq".


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Əlbəttə ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq. Burada biz Minsk qrupunun həmsədrləri qismində ABŞ və Fransanı dəstəklədiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya hökumətini də dəstəkləmək üçün əlaqələrimizdən istifadə edəcəyik".
Oxşar xəbərlər