Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:33 - 18.08.2019  
Bu da parçalanmış AXH-də qarşılıqlı İTTİHAMLAR
Tarix: 29-04-2019, 19:48 | Bölmə: Xəbərlər » Siyasət

Bu gün parçalanmış Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin digər qanadı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında növbəti toplantısını keçirib.
Bu da parçalanmış AXH-də qarşılıqlı İTTİHAMLARONA-nın məlumatına görə, İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov mayın 5-də AXH-nin Ali Məclisinin iclasının keçiriləcəyini bildirib. 
İ.Həmidov deyib ki, iki gün əvvəl İdarə Heyətinin üzvü, digər qanadda təmsil olunmuş Rəhim Qazıyevlə görüşüb, görüş nəticəsiz qalıb: "Əhməd Orucla da başqa şəxs görüşüb. Əhməd Oruc deyib ki, heç kimi qəbul etmirəm, lider özüməm. Bu da onun bədbəxtçiliyidir".
İ.Həmidov Ali Məclisdə AXH-nin Məclisində qurumun Əsasnaməsinin qəbul olunacağını, Əsasnamədə AXH-nin heç bir seçkidə iştirak etməməsinin əksini tapacağını söyləyib: "Qarşı tərəf deyir ki, İsgəndər Həmidov Məclisdə özünü lider seçdirəcək. Bu yalandır. Biz qarşı tərəfə deyirik ki, gəlin bir yerdə Ali Məclis keçirəcək, ancaq nəticə yoxdur. Opponentlərə deyirəm ki, rayonlara gedib yerli özəklərə deməyin ki, onlar hakimiyyətə satılıb. Bunun nəticəsi yoxdur, olmayacaq. Ali Məclisə qədər qapılar açıqdır. Ali Məclisin iclasının Azərbaycan Demokrat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulub".
İ.Həmidov Milli Şuranın AXH ilə fəaliyyətini uzlaşdırmaq niyyətində olduğu barədə xəbərlər çatdığını nəzərə çatdırıb: "Ancaq bu barədə hələ ki, mənə rəsmi müraciət olmayıb". 
İdarə Heyətinin üzvü Valeh Mirzəyev isə qarşı tərəfi də yaxşı bir təşkilat yaratmağa çağırıb: "Mən təklif edirəm ki, bir yerdə ola bilmiriksə, yaxşı yarış içində olaq. Onlar da bir yaxşı təşkilat yaratsınlar, cəmiyyətdəki problemlərin həllinə çalışaq. Dedi-qodu bizlik deyil, işimizlə məşğul olmalıyıq". 
İdarə Heyətinin üzvü Ramiz Tağıyev AXH-nin parçalanmadığını iddia edib və Ə.Orucun partiyasının özündən ibarət olduğunu vurğulayıb: "Qatar sürət almamış buradan gedənləri parçalanma kimi qələmə vermək düzgün deyil. Ali Məclisi keçiriləcək, İdarə Heyəti formalaşacaq. Hələ İdarə Heyəti Ali Məclisdə formalaşmadığı üçün parçalanmadan danışmaq düzgün deyil. Burada birinin özünün lider olduğunu iddia etdiyi bildirildi. Partiyası yalnız özündən ibarət olan şəxs necə lider ola bilər? Lider xalqdır".
İclas müzakirələrlə davam edib. Qeyd edək ki, parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb. Bu gün hər iki qanad ayrı-ayrılıqda iclas keçirmək barədə qərar qəbul edib. Vətəndaş və İnkişaf Partiyasının qərargahında İdarə Heyətinin üzvləri - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın başqanı Tural Abbaslı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli, İslam Demokratik Partiyasının sədri Tahir Abbaslı iclas keçirib. Hüquqşünas Qurban Məmmədov də bu qanadda təmsil olunur. İclasda may ayı üçün iş planı müzakirə olunub.
Bu gün saat 15.00-da isə Klassik Xalq Cəbhəsi Partiyanın (KXCP) qərargahında sabiq daxili işlər naziri İsgəndər Həmidov, milli azadlıq hərəkatının fəallarından olmuş Ramiz Tağıyev, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digər İdarə Heyəti üzvlərinin iştirakı ilə digər qanadın iclası keçirilib.
Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu hələlik qanadların hər hansı birində təmsil olunmaq istəmədiyini, özünü vahid AXH-də gördüklərini bildirib. M.Mirəlioğlu bu gün AXH-nin parçalanmış qanadlarının heç birinin toplantısına qatılmayıb.

Xəbər 895 dəfə oxunub






Oxşar xəbərlər

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?
Saxta "jurnalistlər" liseyə hücum çəkdi, direktoru söyüb “xox” gəldilər – Gəncədə KURYOZ OLAY
“Youtube müxalifəti”nin inqilab çağırışlarına Bakı müxalifətindən reaksiya
ABŞ həyəcan təbili çalır: İŞİD “dirilir”...
Qarabağ üçün Ankara-Moskva tandemi
Xoşqədəm Hidayətqızı sələmçi imiş - Məhkəmə QƏRARI
Açıqlama: “Yenidən güclü külək gözlənilir”
İlham Əliyev sərəncam imzaladı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12785] initstartout [0.00016] initstartin [0.00089] calstart [0.00946] calend [0.00057] topnewsend [0.00376] rsssend [0.00000] ehgend [0.01778] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09451]