İsgəndər Həmidov: "Qurban Məmmədov Eldar Mahmudovun agentidir!" - VİDEO

  • 25 apr 2019, 10:10

"AXH" adlı yeni siyasi qurumda çalxalanmalar və parçalanma görüntüləri ilə müşahidə olunan ayaqlanmalar davam edir. 

Son bir həftə ərzində iki yerə parçalanmış "AXH" idarə heyətinin üzvləri hazırda sabiq DİN naziri İsgəndər Həmidovun və Londona sığınmış Qurban Məmmədovun radikal çağırışlı "Azerfreedom" internet televiziyasının ətrafında toplanıblar.

Bir müddətdir ki, "AXH"-də keçirilən lazımsız toplantılar da legitim və ya qeyri-legitim bəyanatlarla yadda qalır.

Parçalanma iki qütbün bir-birinə qarşı məlumat müharibəsinə qədər böyüyüb. Tərəflər Qurban Məmmədov və İsgəndər Həmidov səviyyəsində bir-birlərinə qarşı ağır ittihamlar edir.

Dünən İsgəndər Həmidovun "ANTV"- də çıxışı maraqla qarşılanıb. Sabiq nazir müsahibəsində Qurban Məmmədovu sabiq MTN şefi Eldar Mahmudovun agenti adlandırıb. Hansısa klana xidmət etdiyini, layka və hesab nömrəsinə pul yığmağa işlədiyini deyib.

Qurban Məmmədovun kanalını bağlaması xəbərinə gəlincə İ. Həmidov deyib ki, " Qurbanın xilslətini tanıyıram, o yenə avantüra ilə məşğuldur".

İsgəndər Həmidov digər idarə heyəti üzvləri barədə də qalmaqallı fikirlər səsləndirib. Sabiq nazir siğəliyi təbliğ edən İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslını da sərt qınayıb.

Müsahibədə "AXH"-nin gələcək perspektivlərindən, mitinqlərə münasibətlərdən, digər müxalif partiyalarla da birləşə bilməyin mümkünlüyündən də danışılıb.

Bu təşkilatı kimin və necə yaratdığı da müzakirə olunub. 

İsgəndər Həmidovun "ANTV"-yə müsahibəsini təqdim edirik:

 


Oxşar xəbərlər