Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:20 - 15.09.2019  
Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?
Tarix: 30-10-2017, 08:22 | Bölmə: Xəbərlər » Siyasət

Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?Qərb bölgəsinin qeyri-rəsmi qubernatoru sayılan Gəncə xanı ucqar dağ rayonunu da tamamilə öz nəzarəti altına almaq istəyir. Buna mane olmağa çalışan icra başçısı isə qəzəbə tuş gəlib. Qılıncının hər tərəfi bölgədə qalxan tanımayan cənab Elmar Vəliyevin aramsız həmlələrindən bezən Əhəd Abıyev artıq küncə sıxışdırılıb. İndiyədək əzmkarlıqla dövlətçiliyin keşiyində dayanan sabiq deputat, "boksyor” icra başçısı kənardan çox taqətsiz görünür. Cəsarətli icra başçısı rayona yaxınlaşmaqda olan təhlükələrdən dolayı həyəcan təbili çalır...

Daşkəsəndə Elmar Vəliyev xofu var?

Ötən ilin avqustundan bu yana, Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə rayonun polis rəisi Fəxrəddin Abbasov arasındakı qalmaqal da səngimək bilmir ki, bilmir. Əksinə, gün keçdikcə bir az daha alovlanaraq arzuolunmaz şəkil alır. Həm Elmar Vəliyevə, həm də komitə sədri Kərəm Həsənova arxalanan rəis eləcə lovğalıq edir, rayon rəhbərliyinə aşkaranə saymamazlıq sərgiləyir. Təhlükəlisi odur ki, rayonun asayiş keşikçisinin başçıya patoloji nifrəti kənardan mütamadi olaraq depolanır, bu da süni qalmaqalla müşayət olunur. Rayonun vacib işləri bir kənara atılıb, mühüm fiqurlar Əbiyevçi, bəziləri isə polis rəisinə tərəfkeşlik etməklə sanki Vəliyevçi olmaqla bir yan alıb. Daşkəsənin də Yevlax, Bərdə, Tərtər kimi, Elmar Vəliyevin "kurasiyası”na keçəcəyi xofu var.

Polis vasitəsilə ortaya atılan "XAYA” davası 

Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?"Demokratik.Az”-a ötən gün daxil olan yeni xəbərə görə, Daşkəsənin polis rəisi kənar qüvvənin sifarişi ilə Əhəd Abıyevə daha bir ağlasığmaz "güc” nümayiş etdirib.  Məlumata görə, icra başçısına yaxınlığı ilə seçilən kənd icra nümayəndələrindən biri avqustun əvvəllərində polisə çağırılaraq saxlanılıb. Səbəb kimi, dövlət məmurunun kənd sakininin xaya nahiyyəsinə təpik zərbəsi endirməsi, güya icra nümayəndəsinin vətəndaşı döyməsi göstərilib. Şikayət əsasında bir neçə gün saxlanılan kənd icra nümayəndəsi icra başçısının yuxarılara məruzəsindən sonra sərbəst buraxılıb. Olaya Baş prokurorluq və DİN də qarışıb. Vətəndaşın bədəninə, ənsə-xaya nahiyyəsinə Məhkəmə Tibbi ekspertizası tərəfindən baxış keçirilərək hər hansı zədələnməyə rast gəlinmədiyi aşkar edilib. Hələlik icra nümayəndəsinə belə bir iftiranın hansı məqsədlə atıldığı rəsmən elan olunmasa da, rayon rəhbərliyi bu əməli polis rəisinin özbaşınalığı kimi qəbul edib. Hadisəni tərəflər arasındakı "müharibə”nin tərkibi kimi qiymətləndirənlər də olub. Məlumata görə, olaydan bu yana, onsuz da münasibətlərində gərginlik olan tərəflərin yarasına duz basılıb. Belə anlamaq olar ki, Daşkəsəndə həssas dönəm başlayıb və qarşıdurmada təmsil olunanlar bir-birilərini "vurmaq” üçün ən həssas, ən yumşaq yerlərini nişan alırlar.

 "Demokratik.Az”ı məlumatlandıran rəsmi mənbənin dediyinə görə, Daşkəsəndə baş verən bu tipli xoşagəlməz olayı əslində nə icra başçısı, nə də polis rəisi arzulamayıb. Sadəcə, F. Abbasovun rayona rəis təyinatı bir sıra təbii və süni qalmaqallara rəvac verib.

Bu arada, qeyd edək ki, Fəxrəddin Abbasov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun yaxın qohumudur (yeznə-qayındırlar-red) və sonuncunun qudası olan Elmar Vəliyevin bir sözünü iki etmək iqtidarında deyil. Belə olan halda, bu adamın Daşkəsənə rəis təyinatı da təsadüf kimi qiymətləndirilə bilməz.

"Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, tərəflər arasında ilk qarşıdurma hələ ötən ilin payızında qeydə alınıb. Belə ki, polis rəisinin qonağı olan şəxslər bir neçə gün rayonun "MÖTƏBƏR QONAQ EVİ” ndə qalıblar. Lakin sonradan Əhəd Abıyevlə görüşdə qaba davranmaları qalmaqala və ilk narazılığa səbəb olub. İcra başçısı bir daha icazəsiz "MÖTƏBƏR QONAQ EVİ” ndən istifadə edilməməsi üçün polis rəisinə ultimatum verib və məsələ barədə Bakıya məruzə edib. O andan da tərəflər arasında münasibətlər zədələnib. Bildirək ki, tez-tez sözügedən ünvanda özbaşına və icazəsiz istirahət (keyf) edənlərdən biri məhz Gəncə xanıdır. 

Başçının tələbinə baxmayaraq, rəis öz ailəsi ilə Xoşbulaqda hamının Prezident iqamətgahı kimi tanıdığı ünvana lövbər salıb. Kənd sakinlərinin sözlərinə görə, polis rəisi iqamətgahın təhlükəsizlik üzrə rəisi olan qardaşı ilə birlikdə dövlət mülkiyyətində olan binanı şəxsi ev kimi istifadə edirlər. Deyilənə görə, bütün açarlar da adıçəkilən şəxslərdədir. Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, iqamətgahda tez-tez eyş-işrət məclisləri qurulur və bu da rayonun icra başçısı Əhəd Abıyev kimi, sakinlərdə də haqlı ikrah hissləri doğurur. Sakinlər sual edirlər ki, bu yer prezident iqamətgahıdır, yoxsa gəlib-gedən məmurların malikanəsimi? Elə rayonun icra başçısı da bu suala cavab axtarır.

Abıyevin və Daşkəsənin taleyi Zağalıda həll olunur?  

Elmar Vəliyev Daşkəsəni də öz vassalı edə biləcəkmi?Bir neçə gün öncə Daşkəsənin Zağalı kəndində Daşkəsənin gələcək idarəçiliyi müzakirə predmeti olub. Gəncəli iş adamına məxsus evdə baş tutan görüşdə Gəncə "xan”ı Əhəd Abıyevin tezliklə yola salınacağını, bu rayonun da qeyri-rəsmi idarəçiliyinin ona keçəcəyini dilə gətirib. Məlumata görə, məclisdə Abıyevi əvəz edə biləcək bir neçə şəxsin kimliyi də diqqət çəkib və müzakirə olunub.

Baş verənlərə rəğmən, Əhəd Abıyevin asanlıqla məğlub olacağı inandırıcı səslənmir. Həm də, cənab Abıyevin Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri, Ulu öndərimiz mərhum Heydər Əliyev siyasətinə sədaqəti yaddaşlara həkk olunub. Bir çoxlarından fərqli olaraq, radikal müxalifətin iqtidara qarşı yürütdüyü çirkli siyasi kursun qarşısında daim sipər olub. 15 illik deputatlığı dönəmində milli məclisdə qorxmadan Əli Kərimliyə də həddini bildirməsi dediyimizə misal ola bilər. (Həmin videosüjeti təqdim edirik:)


 

Son dövrlər məqsədli şəkildə Daşkəsən rayonu haqqında mənfi rəy formalaşdırmağa çalışanlar, bilavasitə Əhəd Abıyevi və yaxınlarını nüfuzdan salmağa çalışanlar bu kimi halları düşünsələr yaxşıdır.  

Osman Nərimanoğlu

"Demokratik.Az"

Xəbər 4795 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”
Sami Yusifdən misilsiz ifa: Nəsimi qəzəli... - Video
"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."
Zakir Qaralov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
“Porsche” Bakının mərkəzində qəza törədib - FOTO
GÖZLƏNİLMƏZ! Putin seçkilərdə geri təpdi
ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb
Türkiyənin tanınmış aktyoru vəfat edib
Əli Həsənov Nəsimidən yazdı - "7 böyük ozandan biri..."
Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı
Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı
Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər
Əli Abbasov canını necə qurtardı? – Detallar
Deputatlar: Keçmiş nazirlərə cinayət işi açılmalıdır
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Azərbaycan Xorvatiya ilə heç-heçə edib
İlham Əliyev Qaxariyanı təbrik etdi
Bu gün Aşuradır
“Mənim müxalifət kimi istədiyim...” - İqbal Ağazadə
Azərbaycan şirkətlərinin Türkiyədə kapitalı nə qədərdir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27138] initstartout [0.00020] initstartin [0.00079] calstart [0.01103] calend [0.00061] topnewsend [0.00547] rsssend [0.00000] ehgend [0.00865] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24383]