Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:25 - 21.08.2018  
Baş nazir də vəzifədən gedir - daha kimlər kürsüsünü itirəcək
Tarix: 14-02-2017, 09:51 | Bölmə: Xəbərlər » Ölkə içi

Hakimiyyətdə struktur və kadr islahatları başladı; Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi; Ziya Məmmədovu təqaüd də, vəzifə yüksəlişi də gözləyə bilər; fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rəsi-Zadə martda baş nazir kimi son hesabatını verəcək; siyahıda daha kimlər var?


Baş nazir də vəzifədən gedir Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olunub. Prezidentin eyni sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.


Sərəncamda deyilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsi, habelə nazirliyin strukturu və işçilərinin ümumi sayı barədə təkliflər iki ay müddətinə hazırlanıb prezidentə təqdim edilməlidir. Prezident İlham Əliyev Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi barədə də sərəncam imzalayıb. 
Prezidentin sərəncamı "mürgü döyən” ölkə mediasında dərhal canlanma və ajiotaj yaradıb. Bunun əsas səbəblərindən biri əlbəttə ki, 2002-ci ilin avqust ayının 8-dən nəqliyyat nazir işləyən Ziya Məmmədovun işdən çıxarılması ilə bağlıdır. Doğrudur, 15 ildir nazir işləmiş Ziya Məmmədovun son ilyarımda səlahiyyətləri kifayət qədər azaldılmışdı. Onun hakimiyyət daxilində mövqelərinin zəifləməsi və dövlət başçısı yanında etimadının zədələndiyi barədə iddialar vardı. Bu proses artıq sabiq hesab edilən nəqliyyat nazirinin yaxın ətrafında da nəzərə çarpırdı.


Məsələn, son parlament seçkilərində Z. Məmmədovun qardaşı Elton Məmmədov gözlənilmədən deputat mandatına iddiaçı olmadı. Məmmədovların ailə şirkəti "Qarant-Holdinq”ə rəhbərlik edən oğlu Anar Məmmədov da son aylar tam kölgəyə çəkilmişdi. Mediada belə iddialar da vardı ki, ümumiyyətlə son aylar holdinqə daxil olan bir neçə hoteli satışa çıxarılıb ki, bu da şirkətin borclanması ilə bağlı ola bilər.

Baş nazir də vəzifədən gedir

 

 


Ölkənin ən qüdrətli nazirinin "portfelsiz nazir”ə çevrilməsi səbəbindən tezliklə postunu da itirəcəyi əslində gözlənilən idi.


Z.Məmmədovun sərəncam mediada yayımlanandan cəmi bir neçə dəqiqə sonra "Yeni Müsavat”a danışmasından da belə anlaşılır ki, sərəncam onun üçün gözlənilməz olub. Sitat: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı, heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq”. Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı”, sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki... Bu işlər mənim səlahiyyətimdə deyil”.


Məlumatlara görə, uzun illər idarəetmə təcrübəsi olan Z. Məmmədov hakim komandadan kənar saxlanılmayacaq. Sabiq nazirin yaxın çevrəsi də iddia edir ki, Z.Məmmədov yeni təyinat alacaq. Bildirilir ki, Z.Məmmədov vitse-prezident və ya baş nazirin müavini də təyin edilə bilər. Onun baş nazirin müavini kimi nəqliyyat məsələlərini kurasiya edəcəyi də iddialar arasındadır. Başqa bir mənbə isə iddia edir ki, Ziya Məmmədov prezidentin müşaviri vəzifəsinə təyin olunacaq.


***


Z.Məmmədovun nazirliyinin ləğv olunaraq başqa bir nazirliyə birləşdirilməsinə aşırı diqqətin daha bir səbəbi şübhəsiz ki, iqtidar komandasında çoxdan gözlənilən kadr və struktur dəyişiklikləri ilə bağlıdır.


Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ 2015-ci ilin ortalarında ciddi hiss olunması ilə hökumət dövlət xərclərini azaltmağa və struktur islahatlarına başlamağa qərar verdi. Amma manatın devalvasiyası, maliyyə sabitliyinin oynaqlığı və bir sıra başqa amillər iqtidarı həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənmədən çəkindirdi. Yalnız bəzi nazirliklərdə struktur dəyişiklikləri edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu.

Baş nazir də vəzifədən gedir


Ötən ilin sentyabr ayının 26-da keçirilən referendumla Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması qanuniləşdirildi. Daha çevik idarəetməni özündən ehtiva edəcək birinci vitse-prezident və vitse-prezidentlər postu yaradıldı. Yaxın günlərdə, ən uzağı mart ayında vitse-prezident təyinatlarının olacağı gözlənilir. Hakimiyyət yaxşı başa düşür ki, hələ də maliyyə bazarında və iqtisadiyyatda problemlər yaşandığı dönəmdə xalqın etimadını itirmiş məmurlarla davam etmək doğru seçim deyil. Təsadüfi deyil ki, son müşavirədə də dövlət başçısı bunu açıq dilə gətirib, məmurlara yenidən sərt şəkildə xəbərdarlıq edib. Bu səbəbdən də hakimiyyətdə çoxdan gözlənilən "qan dəyişimi” nəhayət ki, başlamalıdır. Martda hökumətin parlamentdə hesabatı dinlənilməlidir. Bildirilir ki, fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rasi-Zadə üçün də bu baş nazir kimi son hesabat olacaq.


Ehtimal etmək olar ki, yeni dövrün əsas iqtisadi ağırlığı vitse-prezidentlərin üzərinə qoyulacaq ki, bu postda kimlərin təyinat alacağı indi böyük maraqla izlənməkdədir.

Baş nazir də vəzifədən gedir


Məlumdur ki, 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. Bu posta indiyədək hakimiyyətdə təmsil olunan ən müxtəlif şəxslərin adı hallanır. Ən son xəbərlərdə deyilir ki, bu posta ən ciddi namizədlərdən biri Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Daha bir xəbərdə isə iddia olunur ki, vitse-prezidentlərdən biri də güc strukturlarından birinin indiki rəhbəri olacaq. Digər vitse-prezidentlərin kimlər olacağı da siyasət dəhlizlərinin müzakirə mövzusudur.


Bu il hökumət qarşısında dayanan ən vacib məsələ daha çevik və mobil idarəetmə strukturlarını formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində daha bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bir sıra qabaqcıl ölkələrin praktikasında var. O cümlədən dost ölkə Türkiyədə də. Yəni ilk baxışdan bir-biriləri ilə zəif əlaqəsi olduğu görünən iki strukturun birgə fəaliyyəti əslində daha rentabelli olacaq.

Baş nazir də vəzifədən gedir


Bəzi iddialara görə, Gömrük Komitəsinin də ləğv edilərək səlahiyyətlərinin bir qisminin "ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Belə ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Böyük ehtimalla İslam Oyunlarından sonra Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi müzakirə edilir. Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə bu dəyişikliklərə start verildi və qarşıdakı günlərdə yeni kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir. Anlaşılan budur ki, media üçün də yazmağa və təhlil etməyə xeyli mövzular olacaq...


"Yeni Müsavat”

Xəbər 2993 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK
İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ
“Aİ 92 benzininin qiyməti artmayacaq” - Açıqlandı
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi
Bu tələbələr təhsilhaqqından azaddır - RƏSMİ
Çeçenistanda polis bölməsinə hücum olunub
Jurnalistin ağuya dönmüş çörəyi...(İntiharlardan)
Bu banklarımız zərərlə işləyir - SİYAHISI
Köçəryanın evində və ofisində axtarış aparıldı
Talıb Tale “Youtube”dan ayda nə qədər pul qazanır?
“Sevginin yerini qəzəb tutub" – Sabir Rüstəmxanlı NARAHATDIR
Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13281] initstartout [0.00021] initstartin [0.00097] calstart [0.01278] calend [0.00070] topnewsend [0.00558] rsssend [0.00000] ehgend [0.00932] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10249]