Ziya Məmmədov Baş Nazirin müavini təyin oluna bilər
- 13 fev 2017, 19:07
"Mən hələ
bu haqda danışmaq və şərh vermək istəmirəm"
Xəbər verildiyi kimi bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq.
Prezidenti
İlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri təyin edilib.
Nazir kreslosunu itirən Ziya Məmmədovun sonrakı taleyi isə açıq qalıb.
Nazir musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir:
"Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də
bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə
çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib:
"Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə
deyil".
Qaynarinfo.Az-ın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, yaxın günlərdə Ziya
Məmmədov da yeni təyinat alacaq. Onun Baş nazirin müavini vəzifəsinə təyin
ediləcəyi və nəqliyyat məsələləri üzrə məsul olacağı bildirilir.
Demokratik.Az
