Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:10 - 26.05.2019  
Bərdədə övladı ilə parkda gecələyən süpürgəçi əlil ana Azərbaycana haray çəkdi: VİDEOLAR
Tarix: 28-11-2018, 22:30 | Bölmə: Xəbərlər » Ölkə içi

Günlərdir Bərdədə 8 yaşlı övladı ilə parkda gecələyən gözdən əlil, süpürgəçi Nazilə Musayevanın harayına səlahiyyətli şəxslər səs vermirlər
Bərdədə övladı ilə parkda gecələyən süpürgəçi əlil ana Azərbaycana haray çəkdi: VİDEOLARKimsəsiz, 123 manat maaşla ac-yalavac yaşayan, kirayəsini ödəyə bilmədiyi üçün qışın sazağında parklarda körpəsi ilə gecələyən ananın imdadına yuxarılar çatmırlar. 
Cahan.info xəbər verir ki, Bərdədə şəhid qardaşı olan müstəqil jurnalist Xəyyam Salmanzadə ana-balanı axşam saatlarında parkda yenidən canlı yayıma çıxarıb , bu ailənin faciəsini xalqa eşitdirib, həm jurnalist, həm əlil qadın bu ürəkparçalayan, qandonduran mənzərə qarşısında göz yaşlarını saxlaya bilməyiblər.

Əvvəlki video kadrlardan sonra ölkənin müxtəlif yerlərindən ayrı-ayrı vətənpərvər insanlar, xaricdə yaşayan ürəyiaçıq soydaşlarımız gözdən əlil süpürgəçi qadına maddi dəstək versələr də, onun problemi ianələrlə həllini tapmır. Bunun üçün ilk növbədə dövlətin dəstəyi, məmurların, nazirlərin həssaslığına ehtiyac var. 


Ürəyi xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...

Amma günlərdir edilən müraciətlərə, ölkənin tanınmış media orqanlarının bu qadının dərdini ictimailəşdirməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bərdə Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, vəzifəli şəxslər, müxtəlif şirkətlər, holdinqlər, Nazilənin faciəsini sükutla qarşılayırlar.
X.Salmanzadə Naziləyə bank hesabı açıldığını, ayrı-ayrı vətəndaşların müəyyən qədər yardım göstərdiklərini söyləyib. Ancaq bu yardımlar xəstə qadının problemlərinin həllinə, müalicə xərclərinə, dolanışığına çatmır. 
Nə Sahil Babayevin rəhbəri olduğu nazirlik onun əllilik pensiyası probleminə baxır, nə Hicran Hüseynovanın komitəsi uşağın təhsili il maraqlanır, nə Bərdə RİH başçısı Vidadi İsayev ona köməklik göstərir. 

Ailənin parkda yatan videosu... Ürəyi xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...

X.Salmanzadə canlı yayımda ölkənin bütün zümrələrinə ağız açaraq, xalqdan, dövlətdən yardım istəyib: "Mən burdan Bərdənin imkanlı şəxslərindən, Həcc ziyarətinə gedənlərdən, deputatlardan, "Azərsun” holdinqdən, "Veysəloğlu” şirkətindən, hər gün restoranlarda ziyafət verən məmurlardan xahiş edirəm, yalvarıram onlara, bu ailəyə əl tutun. Bu uşaq sabahın əsgəridir. 

Sabah o, "Qalenvagen”lə Bakı yollarında şütüyən məmur balasının yerinə cəbhə xəttinə aparılacaq. Sabah bu anadan övladını ayırıb əsgər aparacaqsınız. Bəs, o zaman dövlətə bu ailə lazım olacaqsa, indi niyə sahib çıxmırsız? 
Hər il 4-5 min manat dini idarəyə verib həcc ziyarətinə gedənlər, sizə yalvarıram, sizin Məkkəniz, Mədinəniz buradır, bu kimsəsiz, məzlum ailənin dərdinə şərik çıxmaqdır. 
Mən hörmətli Hacı Şahin Həsənlidən, mərhum Rövşən Lənkəranskinin anası Hacı Məsudə xanımdan, deputat Zahid Orucdan, Qənirə Paşayevadan, ölkənin ziyalılarından, nazirlərindən, xeyriyyəçilərindən xahiş edirəm ki, kömək edin.
Bu ölkədə bu qədər şirkətlər fəaliyyət göstərir, günbəgün inkişaf edən Bakıda ən bahalı maşınlar sürülür, milyardlıq layihələr həyata keçirilir. Amma Naziləyə ev vermək, əlillik pensiyası ayırmaq nədənsə çox ağır bir məsələyə çevrilib”. 
Nazilə göz yaşları içində maaşlar hələ verilmədiyi üçün həmin gün yemək yemədiklərini, parkda gecələməyə öyrəşdiklərini, 8 yaşlı oğlu isə imkansızlıqdan məktəbə gedə bilmədiyini ürək ağrısı ilə bildiriblər. 
Nazilə Azərbaycan xalqına, onun vətənpərvər, xeyirxah insanlarına haray səsini ucaldaraq, imdad diləyib. 
Əlil qadın Heydər Əliyev Fondundan, Azərbaycanı prezidentindən, bu videonu izləyən insanlardan köməklik istəyib, bank hesabına yardım olunmasını xahiş edib. 
"Əziz xalqım, bizi bu vəziyyətdən çıxarın. Kimsəmiz yoxdur. Atası uşağı atıb gedib, mən internatdan götürülmüşəm, İmişlidə bir ailənin himayəsində böyümüşəm, qul kimi işlədilmişəm. Sonra məni evli kişiyə ərə verib, canlarını qurtardılar. O da məni uşaqla atıb getdi, qaldım çöllərdə...”
Jurnalist X.Salmanzadə də çıxışında müvafiq qurumları hərəkətə keçməyə çağırıb: "Mən Sahil Babayevin soyuqqanlığı qarşısında söz tapa bilmirəm. 
Dövlət məmurları biganə yanaşırlar. Bu rayondan milyonlar qazanıb, onların ayağının altını süpürən Naziləyə və övladına dəstək durmayanlara ar olsun. Mən daha məmurlardan əlimi üzmüşəm. 
Mən Rusiyada, Türkiyədə, Avropada yaşayan həmvətənlərimizə, ölkəmizdəki mömin qardaşlarımıza, pak qəlbli insanlarımıza, Bərdədə namaz qılanlardan xahiş edirəm ki, bu ailəyə dəstək olun, namaz buradır. 
Mən şəxsən Vidadi İsayevdən, bank müdirlərindən, iş adamlarından xahiş edirəm ki, əl tutun. Ölkənin oxunaqlı media orqanları bu problemi işıqlandırıblar. Bakıdan, Bərdədən, İsraildən, Rusiyadan yaxşı dostlar, ürəyitəmiz insanlar kömək ediblər. 
Onların hesabına kirayə ev tutulub, amma bununla iş düzəlmir. Bir aylıq o ev tutulub, sonra necə olacaq, bilinmir. Restoranlarda yediyinizi feysbukda fotosunu paylaşmayın, çörəyinizi Nazilə və övladı ilə bölüşün. 
Mən şəhid ailəsiyəm, məcburi köçkünəm, küçədə qalmağın, gecə çöllərdə yaşamağın nə olduğunu bilirəm. Ona görə biganə qalmayıb, bu videonu yayın, paylaşın, dəstək olun, Allah əvəzini sizə qaytaracaq. Çox sağ olun, hamınızın qarşısında baş əyirəm”.

Hazırda Milli ÖN-lə pul köçürmək üçün hesab nömrəsi də açılıb:

Musayeva Nazilə Əzizulla qızı

Bank Respublika

380 194 402 867 363 301

Şəxsiyyət vəsiqəsi: AZE 15978270 
"Demokratik.Az"
Xəbər 2860 dəfə oxunub






Oxşar xəbərlər

Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20012] initstartout [0.00018] initstartin [0.00096] calstart [0.01332] calend [0.00065] topnewsend [0.00503] rsssend [0.00000] ehgend [0.00849] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17071]