Səlim Müslümovun nazirliyində gözlənilən “təmizlik“ kampaniyası

  • 06 sen 2016, 20:14


İşdən çıxarılan müdirlər yol verdikləri nöqsanlara görə bu aqibətlə üzləşmir. Əgər belə olsaydı, Səlim Müslümov nazir təyin olunan kimi onları yola salardı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kütləvi işdən çıxarmalar başlayıb. Bu barədə redaksiyamıza nazirlikdəki mənbədən məlumat daxil olub.

Mənbə bildirir ki, son günlər 23-dən artıq rayon məşğulluq mərkəzinin müdiri səbəbisz olaraq işdən azad olunub. Nazirliyə dəvət olunan müdirlər işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur edilib.

Bütün işdən çıxarılanlara isə eyni səbəb deyilib: "Cənab nazir sizinlə işləmək istəmir. Çünki siz Fizuli Ələkbərovun (keçmiş nazir - red.) dövründə işləmisiniz". 

Mənbə bildirir ki, işdən çıxarılan müdirlər yol verdikləri nöqsanlara görə bu aqibətlə üzləşmir. Əgər belə olsaydı, Səlim Müslümov nazir təyin olunan kimi onları yola salardı.

Sadəcə hazırda dövlət başçısının sərəncamı ilə bu sahəyə müəyyən vəsaitlər ayrılır. Həmin təşkilarlara yeni ştat vahidləri verilib. Nazirlik rəhbərliyinin bu vəsaitlərin "xərclənməsi" və yeni kadrların təyinatı ilə bağlı öz maraqları var. Bu maraqların təmin edilməsini köhnə kadrlara etibar etmək istəmirlər. Elə buna görə də nazirlik məşğulluq mərkəzlərində kütləvi işdən çıxarılma kampaniyası başlayıb. 

Məlumatı verən mənbə bildirir ki, nazirlikdəki "kadr islahatları" bununla yekunlaşmayacaq. Yaxın vaxtlarda çıxış etməyi planlaşdıran Səlim Müslümov köklü kadr islahatlarından danışacaq. Bundan sonra isə nazirlikdə kütləvi ixtisarlara start veriləcək. Amma əslində bu kadr islahatı yox, müəyyən maraqların təmin olunmasına yönəlmiş addımlar olacaq. Yayılan məlumatlarda belə deyilir...

 

Demokratik.Az

Oxşar xəbərlər