Səlim Müslümov bu gün Daşkəsəndə vətəndaşları qəbul edəcək

  • 29 avq 2016, 08:15

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Daşkəsən rayonunda vətəndaş qəbulunu həyata keçirəcək..

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, avqustun 30-dan avqustun 29-na keçirilib.

S.Müslümov bu gün saat 10:00-da Daşkəsən rayonunda bu rayonun, eləcə də  Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.

Demokratik.Az

 

Oxşar xəbərlər