Demokratik TV
Səlim Müslümov Elman Mehdiyevdən niyə İMTİNA ETDİ?
Nazirlə fond sədrinin münasibətləri bir müddət əvvəl korlanıb
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən Zakir Hadı oğlu Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Şöbə müdiri əlavə edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov DSMF direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə. Seyidzadə və S. Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S. Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar. Qeyd edək ki, Z.Babayev 1951-ci ildə anadan olub. O, 1974-cü ildə indiki Azərbaycan Neft Akademiyasının Mühəndis-iqtisad fakültəsini iqtisadçı-mühəndis ixtisası üzrə bitirib. Həmin ilin avqustundan 1986-cı ilin yanvarınadək SSRİ Kimya və Neft Maşınqayırma Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Layihə Texnoloji Neft Maşınqayırma institutunda mühəndis, böyük mühəndis, plan-istehsalat şöbəsinin müdiri, sonralar Nazirlər Kabinetinin aparatında iqtisadi şöbənin böyük referenti, baş mütəxəssis vəzifələrində çalışıb. 1993-cü ilin yanvarın 12-də Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib.(gundleik-baku) Azərbaycan prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Xatırladaq ki, gundelik-baku.com saytında bir müddət əvvəl DSMF sədri Elman Mehdiyevin nazir Səlim Müslümovla yola getməməsi və bu səbəbdən vəzifədən çıxarılacağı haqda xəbər verilmişdi. Saytımızın proqnozu özünü doğrultdu və nazir fonda yeni sədr təyin etdi. Bəs maraqlıdır görəsən, Səlim Müslümovun Elman Mehdiyevdən imtina etməsinin səbəbi nədir? Etibarlı mənbələrin bildirdiyinə görə, işdən çıxarılan fond sədri bu sahəni nazirdən daha yaxşı bilirmiş: «Buna görə də tez-tez nazirin işlərinə qarışıb. Səlim Müslümov isə istəyib ki, bütün işləri öz nəzarətində saxlasın. Buna görə də fondun rəhbərliyinə özünə yaxın olan şəxsi, yəni Zakir Babayevi gətirib».
Qeyd edək ki, Elman Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Azərbaycan Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib.