Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:40 - 21.11.2018  
Şirməmməd Hüseynov: “Mən 100 illiyi bayram eləməyə başlamışam”
Tarix: 18-12-2017, 08:59 | Bölmə: Xəbərlər » Müsahibə

"Vətən sevgisi insan ömrünü uzadan birinci dərmandır”

Şirməmməd Hüseynov: “Mən 100 illiyi bayram eləməyə başlamışam”Dekabrın 17-də mətbuatımızın ağsaqqalı, canlı əfsanəmiz, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 93 yaşı tamam oldu. Doğum günündə bu yorulmaz araşdırmaçı alimimiz, hamımıza örnək olan dəyərli ziyalımızla həmsöhbət olmaq istədik. Hər zamankı kimi, iş başında olsa da, "Yeni Müsavat”a vaxt ayırdı.

- Şirməmməd müəllim, istədim doğum gününüzdə həm sizi təbrik edim, həm də ad günü təəssüratınızı öyrənim. Ömrün 93-cü ilinin tamamında hansı hisslər keçirirsiniz?

- Vallah, bir əsrə yaxın Azərbaycan tarixinin, taleyinin şahidi olasan, bu, hər adama müyəssər olan şey deyil. Amma əsas budur ki, 20-ci, 21-ci əsr Azərbaycan tarixinin ən möhtəşəm əsrləridir. İnsan həddi-buluğa çatanda yeni nəsil yaradır. Millət də həddi-buluğa dövlət yaradır. Amma hər həddi-buluğa çatanın övladı olmur, hər həddi-buluğa çatan millət az olur. Bu milləti həddi-buluğa çatdırdılar. Həddi-buluğ nədir? Bax, indi mən məqalələr verirəm. Cümhuriyyətin iqtisadi əsasları. Yazıblar e...Yəni müstəqil dövlət yaratmaq üçün gərək bunun iqtisadi zəmini ola. Bu iqtisadi zəmin olub. Yəni millətin özü-özünü dolandırmaq imkanı olub. Əkinçiliyi də olub, sənayesi də, sənətkarları da, mənəvi ədəbiyyatı da, mətbuatı da, dili də  olub, qeyrəti də namusu da olub. İndi bunları öyrənmək lazımdır ki, bu milləti həddi-buluğa çatdıran hansı qüvvələr, kimlər olub? Çünki onların nümunəsi bizə lazımdır. Millət həddi-buluğdan tükənməz, dövlətçiliyini itirəmməz. Bir şərtlə ki... Məsələn, məqalə yazılıb ki, millətin, cümhuriyyətin iqtisadi təməli nə olub, kimlər yaradıb bunu? Məlum olub ki, bunlar təmənnasız, vətənə, millətə xidmət edən kişilər olub. Onlardan öyrənmək lazımdır.

- Belə məlum olur ki, siz hətta ömrünüzün 93-cü ilinin tamamında da Cümhuriyyətimizin 100 illiyi, Cümhuriyyət qurucuları barədə düşünürsünüz...

- Bəs necə? Görmürsən, mən hər həftə iki səhifə "525-ci qəzet”ə göndərirəm, bir məqalə də "Azərbaycan” qəzeti çap edir. İkisində də rubrika açmışam. Birində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında”, o birisində də "Azərbaycan Xalq Cümhuriyyəti-100". İndi bircə şey var ha... 100 illik gəlir, bu cümhuriyyəti yaradan kişiləri qanmaq lazımdır, ya yox? Mən eşitdim ki, guya prezident göstəriş verib ki, harda Azərbaycan Cümhuriyyəti xadimlərinin qəbri var, onların üstü götürülsün. Bu, yaxşı şeydir, ya yox? İndi görək bunu nə təhər yerinə yetirəcəklər. Türkiyədə nə qədər Azərbaycan mücahidi var. Onların hamısının qəbri, ailələri var. Mənə belə gəlir ki, onların nəsillərini bu bayrama çağırmaq lazımdır. Maraqlanmaq gərəkdir, necə yaşayırlar, nə edirlər? Yəni xaricdə mücahidlərimizin qəbirləri çoxdur. Tiflisdə nə qədəri var. Bu respublikada nə qədəri var. Mirzə Balanın bir məqaləsi var, deyirdi ki, hər Cümhuriyyət bayramını qeyd edəndə məzarlardan qulağımıza səslər gəlir, amma bircə şey də var ki, onlardan da böyük bir qismini ki, dənizə tullayıblar, dənizin dalğaları o səsi bizə gətirir. Bunları bilmək lazımdır e. Keçmişini bilməyən millətin gələcəyi olmaz.

- Bu yaxınlarda mətbuat yazdı ki, Rəsulzadənin həyat yoldaşının məzarı Türkiyədə tapılıb.

- Rəsulzadənin iki həyat yoldaşı olub. Biri onun övladlarının anasıdır - yazıçı Seyid Hüseynin bacısı. Amma o birisi Polşadan olan Leyla xanımdır, polyak qızıdır (Vanda xanım). Onun məzarı Türkiyədədir. Polşa prezidenti Pilsudskinin qohumu olub. Yəni böyük bir ailənin övladıdır. Özü də bizimkilər dövlət yaratmaq uğrunda fədakarlığı həm də polyaklardan öyrəniblər. Çünki Avropada polyaklar qədər milli dövləti uğrunda vuruşan ikinci millət yoxdur. Fikir verin, Şopen polyak olub. O, Vyanada ölüb, amma polyaklar onun ürəyini öz vətənlərinə gətiriblər, indi də saxlayırlar. Polyaklardan vətənpərvərliyi, vətən uğrunda vuruşmağı öyrənmək lazımdır. Millətçiliyi yox, vətənpərvərliyi.

- Professor, gecə-gündüz araşdırmalarınızı davam etdirirsiniz. Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin araşdırma və təbliğində böyük işlər dördünüz. Bəs, bundan sonra kimləri araşdırmaq niyyətindəsiniz?

"Cümhuriyyətin 100 illiyini bayram eləməmiş, bu dünyadan gedən deyiləm”

- Mən fikirləşirəm ki, Məmməd Əmindən, Üzeyir bəydən sonra Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin əsərlərini, Əhməd Həmdinin məqalələrini çap edək. Bunların yaradıcılığında Cümhuriyyət və Azərbaycan tarixi öz əksini tapıb. Başqa bir məsələ... Məmməd Əmin deyirdi mühacirət dövründə elə bina qurmuşuq ki, onu heçnə dağıda bilməz. Bir şeir var e...

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,

Min badi-xəzan əssə də, viran ola bilməz! (Səməd Vurğun)

İndi bunlar bir dövlət yaradıblar ki, onu heç kəs yarada bilməz! Müəyyən vaxtda kimsə istila edə bilər, fasilə olar. Amma yenə əvvəl-axır o dövlət üzə çıxacaq. Millət ona sahib çıxacaq.

- Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı şəxsən sizin təklifiniz, sözünüz, məsləhətləriniz varmı?

- Bilirsiniz necədir? Hər şeyi bir adamdan gözləmək zəiflik əlamətidir. Çünki prezidentin, hökumətin başı müasir məsələlərə qarışıqdır. Bu işi ziyalılar, tarixçilər, ədəbiyyatçılar, jurnalistlər görməlidir. Mən heç kəsdən heç nə gözləmədən işləyirəm. Gərək hamı işləyə də, hərə bir sahədə. Göstərişlə keçirilən bayram bayram deyil. Hərə özü bayram eləməlidir. Mən özüm 100 illiyi bayram edəcəyəm. Bayram eləyirəm də, artıq 4 ildir bayram eləməyə başlamışam. Amma o bayrama 50 ildir hazırlaşıram. Üzü də 50 il bundan qabaq demişəm ki, Cümhuriyyətin 100 illiyini bayram eləməmiş, bu dünyadan gedən deyiləm (gülür).

- İnşallah, bu dövlət, bu millət də gördüyünüz böyük işləriniz, millətə, vətənə sevginiz qarşılığında sizin 100 illiyinizi qeyd edər...

- (Gülür) Mən deyirəm ki, niyyətin hara, mənzilin də ora.

- Cümhuriyyətdən danışdıq, amma 93 yaşınızı necə qeyd edirsiniz, bu barədə demədiniz...

- Bilirsən, mən təntənə-məntənə tərəfdarı deyiləm. Bax, bu gün də "Azərbaycan” qəzetində bir məqaləm çap olunub: "Yeni Qafqasya” adlı. 1927-ci ildə "Yeni Qafqasya” jurnalında Ərdoğan familiyalı bir nəfərin azəri oğullarına məktubu dərc olunub. İndi bu Ərdoğan o ərdoğanlardandır, kimdir, bilmirəm. O, elə şeylər yazıb ki, mən indiki Ərdoğanın çıxışında eynən həmin cümlələri görürəm, 7-dən 70-ə, tələbəsindən müəlliminə qədər. Ərdoğanın dilində nə varsa, orda var. O nəsildəndir kimsə...

- Belə demək olarmı ki, siz elə öz məqalənizlə ad gününüzdə özünüzü təbrik edibsiniz?

- Hərə gərək özü-özünə bayram keçirə, ruhən, hər cəhətdən. Əgər hər millətin nümayəndəsi fərdi qaydada özü bayram edirsə, deməli, millət bayram eləyir. Adamları yığıb iclas keçirmək bayram deyil. Özü də o bayramı, o sevinci ruhunda yaşadırsan. Mən sənə deyim, vallah-billah Vətən sevgisi insan ömrünü uzadan birinci dərmandır.

- (yarızarafat) Demək, uzunömürlüyün sirri məlum oldu...

- Bəli. Ən böyük sirr budur ki, namuslu, qeyrətli olasan, millətə təmənnasız xidmət edəsən, heç kəsdən də heç nə gözləməyəsən. Abbas Səhhət "Hophopnamə”nin 1912-ci ildəki ilk nəşrinin müqəddiməsində Əbdülhəqq Hamidin sözlərini sitat gətirib ki, insanın öz vicdanından aldığı mükafatı heç bir padşah, heç bir sultan, heç bir prezident verə bilməz. Yazır ki, Sabir də öz zəhmətinin, millətə xidmətinin mükafatını heç kəsdən gözləmirdi, öz vicdanından alırdı.

"Yeni Müsavat” Media Qrupu olaraq dəyərli ağsaqqalımız Şirməmməd müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, araşdırmalarında daha böyük uğurlar arzulayırıq.

Elşad PAŞASOY,
"Yeni Müsavat” 

Xəbər 1315 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14508] initstartout [0.00013] initstartin [0.00061] calstart [0.00811] calend [0.00041] topnewsend [0.00394] rsssend [0.00000] ehgend [0.03322] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09816]