Nardaran ağsaqqalı: “Nardaranlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qəbul etmirlər”

  • 01 yan 2016, 17:08

"Mən 31 dekabrı rusun Milad bayramı bilirəm. Eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü heç cür anlaya bilmirəm. Hələ bu günə qədər mənə çatmayıb”. Bu sözləri Cebhe info-ya Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yeni il qabağı Nardarandakı vəziyyətdən danışarkən deyib. Onun sözlərinə görə, Nardaranda əsasən Novruz bayramı qeyd olunur: "Novruz bayramını təkcə Azərbaycanda deyil, dünyada belə çox möhtəşəm qeyd edirdilər. Nardaranda da Novruz Bayramı hər zaman təntənəli qeyd olunub. O bizim üçün böyük bir bayram idi. Miladi tarixi ilə olan bayramları əksəriyyət ola bilər ki, evində qeyd etsin. Köhnədən qalma bir rus tarixidir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı məsələdə inanmıram ki, nardaranlılardan bir nəfər də olsun bu bayram üçün qabağa düşsün. Nə qədər mən nardaranlıları tanıyıramsa, bu həmrəylik gününü mənim kimi onlar da qəbul etməyiblər. Mən bu bayramı qəbul etməmişəm. Çünki bu bayram real olmayan bir gündür. Bu mənim nəzərimdə belədir. Kim bayram edirsə, özü bilər. Bizdə Novruz, Qurban, Ramazan bayramları və peyğəmbərin və onun əhli səlamətlərinin doğum günləri möhtəşəm qeyd olunur”.

 

Demokratik.Az

Oxşar xəbərlər